"Arsenal" və AZ rəqiblərini darmadağın etdi, "Roma" heç-heçə ilə kifayətləndi

"Arsenal" və AZ rəqiblərini darmadağın etdi, "Roma" heç-heçə ilə kifayətləndi UEFA Avropa Liqasının qrup mərhələsində II tura yekun vurulub. "Report"un məlumatına görə, son olaraq, daha 6 qrupda 12 görüş keçirilib.
Futbol
30 Oktyabr , 2020 01:55
Arsenal və AZ rəqiblərini darmadağın etdi, Roma heç-heçə ilə kifayətləndi

UEFA Avropa Liqasının qrup mərhələsində II tura yekun vurulub. "Report"un məlumatına görə, son olaraq, daha 6 qrupda 12 görüş keçirilib.

A qrupunda "Roma" İtaliyada Bolqarıstan MOİK-ini, ÇFR isə Rumıniyada İsveçrə "Yanq Boyz"unu yenə bilməyib.

B qrupunda "Arsenal" İngiltərədə İrlandiya "Dandolk"unu darmadağın edib. "Qarabağ"ı Çempionlar Liqasının III təsnifat mərhələsində üstələmiş Norveç "Molde"si isə Avstriya "Rapid"ini minimal hesabla məğlubiyyətə uğradıb.

C qrupundakı hər iki görüşdə meydan sahibləri eyni hesabla qələbə qazanıbsa, F qrupunda "Real Sosyedad" İspaniyada İtaliya "Napoli"sinə uduzub. AZ isə Hollandiyada Xorvatiya "Riyeka"sını darmadağın edib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

A qrupu
00:00. “Roma” (İtaliya) – MOİK (Bolqarıstan) - 0:0
00:00. ÇFR (Rumıniya) – “Yanq Boyz” (İsveçrə) - 1:1

Xal durumu: ÇFR - 4, "Roma" - 4, "Yanq Boyz" - 1, MOİK - 1

B qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Dandolk” (İrlandiya) - 3:0

00:00. “Molde” (Norveç) – “Rapid” (Vyana, Avstriya) - 1:0

Xal durumu: "Arsenal" - 6, "Molde" - 6, "Rapid" - 0, "Dandolk" - 0

C qrupu
00:00. “Slaviya” (Çexiya) – “Bayer” (Almaniya) - 1:0

00:00. “Nitsa” (Fransa) – “Hapoel” (Beer-Şeva, İsrail) - 1:0

Xal durumu: "Bayer" - 3, "Hapoel" - 3, "Slaviya" - 3, "Nitsa" - 3

D qrupu
00:00. “Benfika” (Portuqaliya) – “Standard” (Belçika) - 3:0
00:00. “Reyncers” (Şotlandiya) – “Lex” (Polşa) - 1:0

Xal durumu: "Benfika" - 6, "Reyncers" - 6, "Lex" - 0, "Standard" - 0

E qrupu
00:00. “Omoniya” (Kipr) – PSV (Niderland) - 1:2
00:00. “Qranada” (İspaniya) – PAOK (Yunanıstan) - 0:0

Xal durumu: "Qranada" - 4, PSV - 3, PAOK - 2, "Omoniya" - 1

F qrupu
00:00. “Real Sosyedad” (İspaniya) – “Napoli” (İtaliya) - 0:1

00:00. AZ (Alkmaar, Niderland) – “Riyeka” (Xorvatiya) - 4:1

Xal durumu: AZ - 6, "Napoli" - 3, "Real Sosyedad" - 3, "Riyeka" - 0.

Son xəbərlər

Orphus sistemi