"Arsenal" yeni baş məşqçi ilə ilk qələbəsini qazanıb

"Arsenal" yeni baş məşqçi ilə ilk qələbəsini qazanıb Londonun Arsenal futbol klubu İngiltərə çempionatının 21-ci turu çərçivəsində Mançester Yunaytedə qalib gəlib.
Futbol
2 Yanvar , 2020 02:02
Arsenal yeni baş məşqçi ilə ilk qələbəsini qazanıb

Londonun "Arsenal" futbol klubu İngiltərə çempionatının 21-ci turu çərçivəsində "Mançester Yunayted"ə qalib gəlib.

"Report" xəbər verir ki, London təmsilçisi rəqibinin qapısından 2 cavabsız top keçirib. 

Qarşılaşmada hesab 8-ci dəqiqədə açılıb. "Arsenal"ın heyətində Nikolya Pepe fərqlənib. Matçda ikinci və sonuncu qol da birinci hissədə vurulub. Qarşılaşmanın 42-ci dəqiqəsində Sokratis Papastatopulos London azarkeşlərini sevindirib - 2:0. 

Bununla da "Arsenal" Premyer Liqada qələbəsiz dörd matç seriyasına son qoyub. Komanda ilk dəfə Mikel Artetin dekabrın 20-də ona rəhbərlik etməsindən sonra matçdan qalib ayrılıb. London klubu 27 xal yığaraq yarış cədvəlində 10-cu yer tutur. "Mançester Yunayted" isə 31 xalla beşinci yerdə qərarlaşıb.

London təmsilçisi növbəti turda yanvarın 11-də səfərdə "Kristal Pelas"la qarşılaşacaq. "Mançester Yunayted" həmin gün "Norviç"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi