"Arsenal" klubunun futbolçusu zədələnərək sıradan çıxıb

"Arsenal" klubunun futbolçusu zədələnərək sıradan çıxıb İngiltərənin "Arsenal" klubunun vingeri Bukayo Saka zədələnərək sıradan çıxıb.
Futbol
23 dekabr 2024 15:16
Arsenal klubunun futbolçusu zədələnərək sıradan çıxıb

İngiltərənin "Arsenal" klubunun vingeri Bukayo Saka zədələnərək sıradan çıxıb.

"Report" xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Mikel Arteta məlumat verib.

Mütəxəssis İngiltərə millisinin üzvünün 1 aya yaxın yaşıl meydanlardan kənarda qalacağını bildirib.

O, İngiltərə Premyer Liqasının XVII turunda "Kristal Pelas"a qalib gəldikləri oyunda (5:1) zədələnib.

Qeyd edək ki, Saka cari mövsüm "Arsenal"ın heyətində 24 oyunda 9 qol vurub.

Orphus sistemi