"Arsenal" islandiyalı qapıçını transfer edir

"Arsenal" islandiyalı qapıçını transfer edir İngiıtərə "Arsenal"ı Fransanın "Dijon" klubunda çıxış edən qapıçı Runar Aleks Runarssonu transfer etməyə yaxındır.
Futbol
19 Sentyabr , 2020 12:47
Arsenal islandiyalı qapıçını transfer edir
Runar Aleks Runarsson

İngiltərə "Arsenal"ı Fransanın "Dijon" klubunda çıxış edən qapıçı Runar Aleks Runarssonu transfer etməyə yaxındır. 

"Report"un "Daily Mail" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı qolkiper London təmsilçisinə 2 milyon avroya başa gələcək.

Klub Emiliano Martinesin "Aston Villa"ya keçidindən sonra ehtiyat qapıçı mövqeyini gücləndirmək niyyəti ilə belə bir qərar verib. 

Qeyd edək ki, Runar Aleks Runarsson 2019/2020 mövsümündə "Dijon"un heyətində 14 oyuna 26 top buraxıb. İslandiya yığmasında isə o, 3 oyun keçirib. Milli komandanın əsas qapıçısı Hannes Halldorsson isə 2018/2019 mövsümündə "Qarabağ"da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi