"Arsenal"ın yarımmüdafiəçisi: "Qarabağ"a qol vurmağa çalışacağam"

"Arsenal"ın yarımmüdafiəçisi: "Qarabağ"a qol vurmağa çalışacağam" Bakı. 2 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Aleks İvobi komandanın hazırkı vəziyyətindən və məqsədlərindən danışıb.
Futbol
2 Oktyabr , 2018 10:40
Arsenalın yarımmüdafiəçisi: Qarabağa qol vurmağa çalışacağam
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Aleks İvobi komandanın hazırkı vəziyyətindən və məqsədlərindən danışıb.

“Report” xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi oktyabrın 4-də Bakıda keçirəcəkləri oyunda fərqlənmək istədiyini bildirib.

Nigeriyalı futbolçu deyib: “Özümü hazırda tam formada hiss edirəm. Baş məşqçi Unay Emerinin oyun tərzinə uyğunlaşdığımı düşünürəm. O, mənə məşqlərdə çox kömək olur. Meydana çıxdığım görüşlərdə şanslar əldə etsəm də, qol vura bilmədim. Baş məşqçi “Qarabağ”la qarşılaşmada mənə şans versə, qol vurmağa çalışacağam”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı saat 20:55-də başlayacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi