"Arsenal"ın hücumçusu "Qarabağ"la oyunu buraxacaq

"Arsenal"ın hücumçusu "Qarabağ"la oyunu buraxacaq Bakı. 12 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində Qarabağın rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Denni Uelbek əməliyyat olunub.
Futbol
12 Noyabr , 2018 13:54
Arsenalın hücumçusu Qarabağla oyunu buraxacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Denni Uelbek əməliyyat olunub.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə London komandasının baş məşqçisi Unay Emeri bildirib. 

Onun sözlərinə görə, IV turda Portuqaliya “Sportinq”i ilə qolsuz bərabərliklə başa çatan matçın 25-ci dəqiqəsində topuğu sınan 27 yaşlı hücumçu uzun müddət meydana çıxa bilməyəcək: “O, mövsümün sonuna qədər qayıda biləcəkmi? Bu barədə həkimdən soruşmaq lazımdır. Çox ciddi zədədir. Lakin müddətlə bağlı həkim daha dəqiq məlumat verə bilər”.

Emerinin sözlərindən belə aydın olur ki, Uelbek üçün il başa çatıb və o, Ağdam komandası ilə görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, “Arsenal” "Qarabağ"ı dekabrın 13-də qəbul edəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda oktyabrın 4-də keçirilmiş matçda “topçular” 3 cavabsız qolla qalib gəliblər.

Son xəbərlər

Orphus sistemi