"Arsenal"ın futbolçusu: "Qarabağ" bizim üçün arzuolunmaz rəqibdir"

"Arsenal"ın futbolçusu: "Qarabağ" bizim üçün arzuolunmaz rəqibdir" Bakı. 4 oktyabr. REPORT.AZ/ “Qarabağ” və “Vorskla” bizim üçün ən arzuolunmaz rəqiblərdir. Çünki Azərbaycan və Ukraynaya iki uzun səfər edirik”
Futbol
4 Oktyabr , 2018 16:51
Arsenalın futbolçusu: Qarabağ bizim üçün arzuolunmaz rəqibdir

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Qarabağ” və “Vorskla” bizim üçün ən arzuolunmaz rəqiblərdir. Çünki Azərbaycan və Ukraynaya iki uzun səfər edirik”

“Report” xəbər verir ki, bunu bu gün Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın qonağı olacaq İngiltərə “Arsenal”ının futbolçusu Naço Monreal deyib.

32 yaşlı ispaniyalı müdafiəçi bütün çətinliklərə baxmayaraq, bu oyunlarda maksimum nəticə qazanmaq istədiklərini bildirib: “Uzun məsafəyə səfər edəcəyimizə rəğmən, məqsədimiz yaxşı oyun sərgiləyib, 3 xal qazanmaqdır. Keçən mövsüm bu turnirin qalibi olmağa çox yaxın idik. Bizim məqsədimiz bu mövsüm Avroliqada sonuna qədər döyüşüb, çempion olmaqdır. Bununla da Çempionlar Liqasına birbaşa vəsiqə əldə etmək istəyirik. Avroliqanın qalibi olmamaq üçün bəhanəmiz yoxdur”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - "Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi