"Arsenal"ın futbolçusu mövsümü erkən başa vurub

"Arsenal"ın futbolçusu mövsümü erkən başa vurub Bakı. 7 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının sonuncu – VI turunda “Qarabağ”ı qəbul edəcək İngiltərənin “Arsenal” klubu bir futbolçusunun xidmətindən məhrum olub.
Futbol
7 Dekabr , 2018 16:28
Arsenalın futbolçusu mövsümü erkən başa vurub

Bakı. 7 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının sonuncu – VI turunda “Qarabağ”ı qəbul edəcək İngiltərənin “Arsenal” klubu bir futbolçusunun xidmətindən məhrum olub.

“Report” klubun saytına istinadən xəbər verir ki, Rob Holdinq dekabrın 13-də Londondakı “Emireyts” stadionunda Ağdam təmsilçisinə qarşı görüşdə forma geyinə bilməyəcək. Buna səbəb 23 yaşlı müdafiəçinin İngiltərə Premyer Liqasının XV turunda “Mançester Yunayted”lə qarşılaşmada ağır zədə almasıdır.

Müayinə zamanı oyunun 36-cı dəqiqəsində zədələnərək meydanı xərəkdə tərk edən Holdinqin sol dizinin ön xaçabənzər bağlarının qopduğu müəyyənləşib. Onun əməliyyat olunacağı və bərpa prosesinin 6-9 ya çəkəcəyi bildirlir. Bu isə o deməkdir ki, müdafiəçi mövsümü erkən başa vurub.

Qeyd edək ki, bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan matç “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi