"Arsenal"ın futbolçusu koronavirusa yoluxdu

"Arsenal"ın futbolçusu koronavirusa yoluxdu İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel Maqalyaynsın koronavirus testi müsbət çıxıb.
Futbol
29 Dekabr , 2020 01:18
Arsenalın futbolçusu koronavirusa yoluxdu
Qabriel Maqalyayns

İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel Maqalyaynsın koronavirus testi müsbət çıxıb.

"Report"un "topçular"ın rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi özünü təcrid edib.

Digər oyunçulara gəldikdə, Tomas Partey zədədən bərpa prosesini davam etdirir, David Luis və Villian isə dekabrın 31-də kollektiv məşqlərə qoşulacaq.

Daha əvvəl COVID-19 üzündən Premyer Liqada XVI turun "Everton" - "Mançester Siti" matçı təxirə salınıb.

Qeyd edək ki, "Arsenal" bu gün "Brayton"un qonağı olacaq. Hazırda "kanonirlər" 15 oyundan 17 xalla 15-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi