"Arsenal" Bakıda qol vurmuş futbolçusunu Almaniya klubuna icarəyə verib

"Arsenal" Bakıda qol vurmuş futbolçusunu Almaniya klubuna icarəyə verib Bakı. 1 fevral. REPORT.AZ/ İngiltərənin Arsenal klubunun futbolçusu Emil Smit-Rou mövsümün sonunadək Almaniya Leyptsiqinə icarəyə verilib.
Futbol
1 Fevral , 2019 11:23
Arsenal Bakıda qol vurmuş futbolçusunu Almaniya klubuna icarəyə verib

Bakı. 1 fevral. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun futbolçusu Emil Smit-Rou mövsümün sonunadək Almaniya "Leyptsiq"inə icarəyə verilib.

"Report"un məlumatına görə, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Smit-Rou gələcəyin ulduzlarından sayılır. Bu mövsüm o, "kanonirlər"in əsas komandasında debüt edərək, 6 oyunda iştirak edib. O, qollarından 2-ni Avropa Liqasında "Qarabağ" və Ukrayna "Vorskla"sının qapısından keçirib. Bakıda və Kiyevdə keçirilmiş hər iki qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Emil Smit-Rou həm də İngiltərənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür. 

Son xəbərlər

Orphus sistemi