"Arsenal"ın futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı seçilib

"Arsenal"ın futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı seçilib Bakı. 13 aprel. REPORT.AZ/ Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu bəlli olub.
Futbol
1475
13 Aprel , 2018 18:44
Arsenalın futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı seçilib

Bakı. 13 aprel. REPORT.AZ/ Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu bəlli olub.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həftənin oyunçusu adına İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Məhəmməd əl-Nenni layiq görülüb.

O, qurumun rəsmi saytı tərəfindən aparılan səsvermədə 84 faiz səs toplayıb. Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payet 10 faiz səslə ikinci, Avstriyanın "Zaltsburq" komandasının oyunçusu Amadu Aydara isə 4 faiz səslə 3-cü yeri tutub.

Qeyd edək ki, "Marsel" "Zaltsburq" ilə, "Arsenal" isə İspaniyanın "Atletiko" (Madrid) klubu ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi