"Arsenal"ın futbolçusu: "Avropa çempionatında tarix yazmaq istəyirik"

"Arsenal"ın futbolçusu: "Avropa çempionatında tarix yazmaq istəyirik" "Oyuna yaxşı hazırlaşmışıq. Bizdən gözləntilər böyükdür. Addım-addım hərəkət edirik. Düşünürük ki, daha da irəliyə gedə bilərik"
Futbol
11 İyun , 2021 18:04
Arsenalın futbolçusu: Avropa çempionatında tarix yazmaq istəyirik
Qranit Caka

"Oyuna yaxşı hazırlaşmışıq. Bizdən gözləntilər böyükdür. Addım-addım hərəkət edirik. Düşünürük ki, daha da irəliyə gedə bilərik"

"Report"un məlumatına görə, bu fikirləri İsveçrə millisinin futbolçusu Qranit Caka Uelslə AVRO-2020-nin A qrupunun ilk tur oyunundan öncə mətbuat konfransında deyib.

İngiltərə "Arsenal"ında çıxış edən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, qarşıda duran əsas vəzifə qələbə qazanmaqdır: "Təcrübəli oyunçularımız çoxdur. Hədəflərimiz böyükdür. Burada ciddi uğurlara imza atmaq, tarix yazmaq istəyirik. Amma bunun üçün meydanda daha yaxşı oyun göstərməliyik".

Təcrübəli oyunçu sabahkı matçdan heç bir təhlükə gözləmədiyini vurğulayıb: "Yaxşı oynasaq, problem olmayacaq. Amma rəqibə də hörmət edirik. Aaron Remsi ilə İngiltərədə oynamışam. Sabah bizi maraqlı oyun gözləyir. Matça tam hazırıq".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi