"Arsenal"ın baş məşqçisi: "Avropa Liqasında nə isə etməliyik"

"Arsenal"ın baş məşqçisi: "Avropa Liqasında nə isə etməliyik" Avropa Liqasında mühüm iş görmək imkanımız var və bunu etməyə çalışacağıq.
Futbol
6 May , 2019 10:58
Arsenalın baş məşqçisi: Avropa Liqasında nə isə etməliyik

"Avropa Liqasında mühüm iş görmək imkanımız var və bunu etməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Unay Emeri İspaniya "Valensiya"sı ilə keçirəcəkləri Avroliqanın yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində deyib. 48 yaşlı mütəxəssis sabiq komandası ilə səfər oyununa köklənmələrinin vacibliyini vurğulayıb: "Fikrimcə, biz daha möhkəm olmalı və 9 may qarşılaşmasına tam köklənməliyik. İngiltərə Premyer Liqasından sonra diqqəti fərqli turnirə yönəltmək böyük problem olur. Amma biz nə isə etməliyik".

"Arsenal" Premyer Liqanın XXXVII turunda evdə "Brayton"la 1:1 hesablı heç-heçə edərək, bürünc medal şanslarını itirib. 67 xala malik "topçular"ın Çempionlar Liqasına vəsiqə verən 4-cü yeri tutmaları inandırıcı görünmür. Çünki həmin mövqedəki "Tottenhem" son tur öncəsi 3 xal öndədir. Bu halda, Emeri yalnız Avropa Liqasının qalibi olmağı hədəfləyə bilər ki, gələn mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edə bilsinlər. "Arsenal" ilk yarımfinal matçında "Valensiya"nı evdə 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi