"Arsenal"ın baş məşqçisi arxa xətdəki problemlərdən danışıb

"Arsenal"ın baş məşqçisi arxa xətdəki problemlərdən danışıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin Arsenal klubunun arxa xəttindəki problemlər müzakirə mövzusuna çevrilib.
Futbol
4 Sentyabr , 2018 17:59
Arsenalın baş məşqçisi arxa xətdəki problemlərdən danışıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun arxa xəttindəki problemlər müzakirə mövzusuna çevrilib.

"Report"un məlumatına görə, buna səbəb "topçular"ın Premyer Liqanın 4 turu ərzində qapısından 8 top buraxmasıdır.

Hazırda 6 xala malik London təmsilçisi 9-cu pillədə qərarlaşıb. Ötən tur səfərdə "Kardiff Siti" ilə matçda "Arsenal"ın qapıçısı Petr Çex ciddi səhvlərlə yadda qalıb. Lakin baş məşqçi Unay Emeri çexiyalı qolkiperə gələcəkdə də güvənəcəyini bildirib: "Petr Çex bizim üçün önəmli oyunçudur. Onun təcrübəsi və geridən oyun qurmaq bacarığı bizə çox kömək edir. O, oyun tərzimizə yaxşı bələddir və bizə kömək etməkdə davam edəcək".

İspaniyalı mütəxəssis yay transfer dövründə alınan Almaniya millisinin üzvü Berd Lenonun hələ komandaya tam uyğunlaşmadığını da vurğulayıb: "Leno gəncdir və öyrənməyə davam edir. Biz ona da çox güvənirik. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir və meydana ilk "11-lik"də çıxacağı oyunlar olacaq".

Bununla belə, "Arsenal" qışda daha bir müdafiəçi almaq niyyətindədir. Bu, hazırda İspaniya "Atletiko"sunda çıxış edən Braziliya millisinin üzvü Filipe Luisdir. "Atletiko" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq oyunçunun 2019-cu ilin yanvarında 30 milyon avroya transfer edilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, "Qarabağ" "Arsenal"la ilk oyununu oktyabrın 4-də Bakıda keçirəcək. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq. 

Son xəbərlər

Orphus sistemi