Bakı. 16 oktyabr.
“Report” “Evening Standard” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçisi yığmanın heyətində Finlandiyaya 0:2 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının IV tur matçında xəsarət alıb.
İlk hissənin sonlarında ayaq biləyi burxulan təcrübəli oyunçu matça davam edə bilməyib və 46-cı dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Arsenal" “Qarabağ”la II turda üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin matçda ilk qolu Sokratis Papastatopulos vurub. Bu komandalar arasında Londondakı qarşılaşma dekabrın 13-də oynanılacaq.
Manaf QASIMBƏYLİ