"Arsenal"ın 72 yaşlı azarkeşi: "Bakı gözlədiyimdən də gözəl və müasirdir"

"Arsenal"ın 72 yaşlı azarkeşi: "Bakı gözlədiyimdən də gözəl və müasirdir" Uşaqlıqdan Arsenal azarkeşiyəm. Ev oyunlarının çoxunda iştirak edirəm. İndi isə final matçında komandama dəstək olmağa gəlmişəm.
Futbol
29 May , 2019 11:14
Arsenalın 72 yaşlı azarkeşi: Bakı gözlədiyimdən də gözəl və müasirdir

"Uşaqlıqdan "Arsenal" azarkeşiyəm. Ev oyunlarının çoxunda iştirak edirəm. İndi isə final matçında komandama dəstək olmağa gəlmişəm". 

Bunu "Report"a açıqlamasında İngiltərənin "Çelsi" komandası ilə keçirəcəkləri Avropa Liqasının final oyununu izləmək üçün Bakıda olan "Arsenal"ın 72 yaşlı azarkeşi Tim Barri deyib. 

Qocaman fanat sevimli komandasının avrokuboklardakı səfər qarşılaşmalarını da izləməyə çalışdığını bildirib: "Bacardığım qədər oyunlarda iştirak edirəm. 2006-cı ildə "Stad de France"də "topçular"ın İspaniya "Barselona"sı ilə keçirdiyi Çempionlar Liqasının finalına da canlı baxdığını xatırladıb: "Həmin vaxt "Arsenal" uduzmuşdu. Ümid edirəm ki, bu dəfə sevinən tərəf biz olacağıq".

Barri Bakını gözlədiyindən daha yaxşı şəhər kimi dəyərləndirib: "Bura oğlumla birgə gəlmişəm, o da "Arsenal" azarkeşidir. London və Bakı arasındakı məsafə uzundur, səyahət yorucudur. Üstəlik, bura Almaniyadan gəldik. Hələ şəhəri gəzməyə çox da imkanım olmayıb, amma gördüklərimə əsasən deyə bilərəm ki, şəhər gözlədiyimdən daha gözəl və müasirdir".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq. 

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi