"Arsenal" futbolçusu ilə müqaviləni uzatdı, icarəyə verdi

"Arsenal" futbolçusu ilə müqaviləni uzatdı, icarəyə verdi İngiltərənin "Arsenal" klubu futbolçusu Konstantinos Mavropanosla müqavilənin müddətini uzadıb.
Futbol
16 İyul , 2020 15:11
Arsenal futbolçusu ilə müqaviləni uzatdı, icarəyə verdi
Konstantinos Mavropanos

İngiltərənin "Arsenal" klubu futbolçusu Konstantinos Mavropanosla müqavilənin müddətini uzadıb. 

"Report"un məlumatına görə, London təmsilçisi 22 yaşlı yunanıstanlı müdafiəçi ilə imzalanan sözləşmənin müddətini və digər detallarını açıqlamayıb. 

"Topçular" Mavropanosu gələn mövsümün sonuna kimi Almaniya "Ştutqart"ına icarəyə verib. 

Qeyd edək ki, Konstantinos Mavropanos 2018-ci ilin yanvarından "Arsenal"da çıxış edir. O, bu vaxta qədər 8 dəfə komandanın formasını geyinə bilib.

Son xəbərlər

Orphus sistemi