"Arsenal" "Çelsi"yə qalib gəlib

"Arsenal" "Çelsi"yə qalib gəlib 7 oyunluq qələbəsizlik seriyasına son qoyan "Arsenal" xalını 17-yə çatdırıb və 14-cü pillədə qərarlaşıb
Futbol
27 Dekabr , 2020 00:44
Arsenal Çelsiyə qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun mərkəzi görüşündə "Arsenal" və "Çelsi" komandaları üz-üzə gəlib. "Report"un məlumatına görə, Londondakı "Emirates" stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi iə yekunlaşıb - 3:1.

Hesabı 34-cü dəqiqədə "kanonirlər"in hücumçusu Aleksandr Lyakazett penalti ilə açıb. Bundan 10 dəqiqə sonra Qranit Caka cərimə zərbəsindən fərqi artırıb. 56-cı dəqiqədə Bukayo Saka meydan sahiblərinin üçüncü topunu vurub. 85-ci dəqiqədə isə Temmi Abraham "zadəganlar"ın təsəlli qolunun müəllifi olub.

Bununla da 7 oyunluq qələbəsizlik seriyasına son qoyan "Arsenal" xalını 17-yə çatdırıb və 14-cü pillədə qərarlaşıb. "Çelsi" isə 25 xalla 6-cı yerdə gedir.

Son xəbərlər

Orphus sistemi