"Arsenal" braziliyalı futbolçunun keçidini açıqladı

"Arsenal" braziliyalı futbolçunun keçidini açıqladı İngiltərənin "Arsenal" klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
14 Avqust , 2020 13:20
Arsenal braziliyalı futbolçunun keçidini açıqladı
Villian

İngiltərənin "Arsenal" klubu heyətinə yeni futbolçu cəlb edib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Çelsi"dən ayrılan braziliyalı yarımmüdafiəçi Villianla 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 2013-cü ildən "Çelsi"də çıxış edən Villian daha əvvəl Rusiyada "Anji", Ukraynada "Şaxtyor" və ölkəsində "Korintians" klublarının formasını geyinib. Ötən mövsüm 36 oyunda meydana çıxan 32 yaşlı oyunçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi