"Arsenal" Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq

"Arsenal" Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq İngiltərənin Arsenal komandası Bakıda keçiriləcək Avropa Liqasının final oyunundan əvvəl yoldaşlıq matçında qüvvəsini sınayacaq.
Futbol
20 May , 2019 18:16
Arsenal Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq

İngiltərənin "Arsenal" komandası Bakıda keçiriləcək Avropa Liqasının final oyunundan əvvəl yoldaşlıq matçında qüvvəsini sınayacaq.

"Report" "Goal.com"a istinadən xəbər verir ki, London təmsilçisi Avstriyanın LASK kollektivi ilə üz-üzə gələcək. Görüş mayın 23-də təşkil olunacaq.

Bundesliqanı ikinci pillədə bitirəcəyi dəqiqləşən komanda "Arsenal"ın dəvəti ilə İngiltərəyə yollanacaq. 

Qeyd edək ki, Bakıdakı finalın digər iştirakçısı "Çelsi" yoldaşlıq görüşündə ABŞ-ın "New England Revolution" kollektivini 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib və onun Avropa Liqasının finalında iştirak etməyəcəyi dəqiqləşib

Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi