"Arsenal" azarkeşləri UEFA-nın "Vorskla"nın müraciətini müsbət cavablandırmasını narazılıqla qarşılayıblar

"Arsenal" azarkeşləri UEFA-nın "Vorskla"nın müraciətini müsbət cavablandırmasını narazılıqla qarşılayıblar Bakı. 6 sentyabr. REPORT.AZ/ İngiltərənin Arsenal klubunun azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynada Vorskla ilə keçirəcəkləri oyunun uzaq məsafədə olmasından şikayətləniblər.
Futbol
6 Sentyabr , 2018 13:56
Arsenal azarkeşləri UEFA-nın Vorsklanın müraciətini müsbət cavablandırmasını narazılıqla qarşılayıblar

Bakı. 6 sentyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynada "Vorskla" ilə keçirəcəkləri oyunun uzaq məsafədə olmasından şikayətləniblər.

"Report" xəbər verir ki, London təmsilçisinin fanatları matçın Poltavadakı Aleksey Butkovski adına stadionun "Vorskla"nın ev oyunu kimi qəbul olunmasından narazı qalıblar. Onlar oyunun Xarkov, Kiyev və ya Dneprepetrovskda keçirilməsini gözlədikləri halda, UEFA Poltava klubunun müraciətini müsbət cavablandırıb. Bu şəhərə beynəlxalq uçuşlar həyata keçirilmir. Hava limanı yalnız çarter uçuşlarını qəbul edir. Buna görə də oyunda iştirak etmək istəyən azarkeşlər təyyarə ilə Kiyev və ya Xarkov şəhərlərinə uçub, oradan da qatarla Poltava şəhərinə getməlidirlər.

Qeyd edək ki, "Vorskla" - "Arsenal" görüşü noyabrın 29-da keçiriləcək. Hər iki komanda "Qarabağ"ın E qrupundakı rəqiblərindəndir. 

Son xəbərlər

Orphus sistemi