"Arsenal" Arsen Vengerə bürünc heykəl qoyacaq

"Arsenal" Arsen Vengerə bürünc heykəl qoyacaq İngiltərə Arsenalı komandanın sabiq baş məşqçisi Arsen Vengerə Emirates stadionu önündə abidə qoyacaq.
Futbol
28 Mart , 2020 10:05
Arsenal Arsen Vengerə bürünc heykəl qoyacaq

İngiltərə "Arsenal"ı komandanın sabiq baş məşqçisi Arsen Vengerə "Emirates" stadionu önündə abidə qoyacaq.

"Report"un məlumatına görə, bu addım kollektivə 22 mövsüm rəhbərlik etmiş 71 yaşlı mütəxəssisin nailiyyətlərini qiymətləndirmək və onunla gərgin münasibətləri yumşaltmaq məqsədilə atılıb.

Artıq abidənin hazırlanması üzərində iş gedir. Bürünc fiqurdan əlavə, fransalı keçmiş baş məşqçinin adı "Emirates"də ayrıca tribunaya verilə bilər.

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə "Arsenal"ın baş məşqçisi olub. O, London komandası ilə 17 titul, o cümlədən 3 dəfə Premyer Liqa çempionluğu, eləcə də hərəyə 7 dəfə ölkə kuboku və Superkubok qazanıb. Venger bu vəzifədən ayrıldıqdan sonra FIFA-nın Qlobal inkişaf şöbəsinə rəhbərlik edib.   

Son xəbərlər

Orphus sistemi