Argentinanın baş məşqçisi istefaya göndərilib

Argentinanın baş məşqçisi istefaya göndərilib Bakı. 1 iyul. REPORT.AZ/ Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.
Futbol
1 İyul , 2018 08:24
Argentinanın baş məşqçisi istefaya göndərilib

Bakı. 1 iyul. REPORT.AZ/ Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

"Report" "360 Sources" nəşrinə istinadən xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi