Argentinalı futbolçu 2 aydan sonra "Yuventus"a qayıtdı

Argentinalı futbolçu 2 aydan sonra "Yuventus"a qayıtdı Yuventusun futbolçusu Qonsalo İquain 2 aydan sonra Argentinadan İtaliyaya qayıdıb.
Futbol
114
15 May , 2020 20:02
Argentinalı futbolçu 2 aydan sonra Yuventusa qayıtdı

"Yuventus"un futbolçusu Qonsalo İquain 2 aydan sonra Argentinadan İtaliyaya qayıdıb.

"Report"un "Football Italia" nəşrinə istinadən məlumatına görə, 33 yaşlı hücumçu bu gün Turindəki hava limanında olub.

Argentinalı oyunçu tibbi müayinədən keçdikdən sonra 2 həftə karantində qalacaq.

Qeyd edək ki, Qonsalo İquain mart ayında İtaliyanı tərk edib. Onun "Yuventus"la 2021-ci ilin yayındək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi