Argentinada oyun zamanı Maradonanın doğum günü anılıb

Argentinada oyun zamanı Maradonanın doğum günü anılıb "Boka Xuniors" klubunun futbolçuları "Ximnasiya"ya qarşı Argentina Super Liqasının XIX tur matçına üzərində Dieqo Maradonanın fotosu olan formalarla çıxıblar.
Futbol
31 Oktyabr , 2021 10:45
Argentinada oyun zamanı Maradonanın doğum günü anılıb

"Boka Xuniors" klubunun futbolçuları "Ximnasiya"ya qarşı Argentina Super Liqasının XIX tur matçına üzərində Dieqo Maradonanın fotosu olan formalarla çıxıblar.

"Report"un məlumatına görə, bu addım dünyaca məşhur oyunçunun ad günü ilə bağlı atılıb. Bundan başqa, 10-cu dəqiqədə görüş dayandırılıb və stadiondakı monitorlarda əfsanəvi hücumçunun ən gözəl qollarından hazırlanmış video nümayiş olunub. Həmçinin veteran futbolçuya məxsus 10 nömrəli forma hava şarları ilə səmaya buraxılıb.

Tribunadakı azarkeşlər sevimli oyunçuları haqqında mahnılar oxuyublar. Qarşılaşmanı izləyənlər arasında Maradonanın qızı Dalma Maradona da olub. Onun yanındakı tribunada "Justicia para D10s" ("Tanrı üçün ədalət") sözləri yazılmış köynək asılıb. Argentinalılar Maradonanı futbolun tanrısı hesab edirlər.

"Boka Xuniors" - "Ximnasiya" görüşü meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradona 1981 - 1982 və 1995 - 1997-ci illərdə "Boka Xuniors"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi