Argentinada futbol matçı zamanı kütləvi dava olub, 100-dən çox azarkeş saxlanılıb - VİDEO

Argentinada futbol matçı zamanı kütləvi dava olub, 100-dən çox azarkeş saxlanılıb - VİDEO İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb
Futbol
26 Mart , 2018 00:12
Argentinada futbol matçı zamanı kütləvi dava olub, 100-dən çox azarkeş saxlanılıb - VİDEO

Bakı. 26 mart. REPORT.AZ/ Argentinanın futbol üzrə II Divizionunda "Los Andes" və "Braun Adroqe" komandaları arasında keçirilmiş oyun tribunalarda fanatların kütləvi davası üzündən dayandırılıb.

"Report"un "Clarin" nəşrinə istinadən məlumatına görə, toqquşma matçın start fitindən 16 dəqiqə sonra başlanıb.

Əvvəlcə azarkeşlər bir-birilərinə daş və şüşə qablar atıblar. Sonra isə münaqişə yumruq döyüşlərinə keçib. İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb.

On bir dəqiqə sonra oyun davam etdirilib. Hadisə nəticəsində 100-dən çox fanat saxlanılıb.

Görüş "Los Andes"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Orphus sistemi