Argentina millisinin qapıçısı penaltilər seriyasında uğurlu statistikaya imza atıb

Argentina millisinin qapıçısı penaltilər seriyasında uğurlu statistikaya imza atıb ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Ekvadorla qarşılaşan və penaltilər seriyasında qələbə qazanan Argentina millisinin qapıçısı Emiliano Martines uğurlu stastistikaya imza atıb.
Futbol
5 İyul , 2024 11:07
Argentina millisinin qapıçısı penaltilər seriyasında uğurlu statistikaya imza atıb

ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Ekvadorla qarşılaşan və penaltilər seriyasında qələbə qazanan Argentina millisinin qapıçısı Emiliano Martines uğurlu stastistikaya imza atıb.

"Report" "Copa America"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Argentina yığmasının heyətində heç vaxt penaltilər seriyasını uduzmayıb.

E.Martines 2021-ci ildə Amerika Kubokunda Kolumbiya, bu il isə Ekvador ilə oyunlarda penaltilər seriyasından qalib ayrılıb. Bununla yanaşı, Argentina millisi DÇ-2022-də baş tutan Niderland (1/4 final) və Fransa (final) ilə matçlarda da rəqiblərini 11 metrlik cərimə zərbələri sayəsində üstələyib.

Martines Argentina millisinin heyətində ümumilikdə 24 dəfə penalti zərbəsi ilə üzləşib. Qolkiper bunların 9-da komandasını qoldan xilas edibsə, qapısında 12 top görüb. İki top dirəkdən qayıdıb, biri isə, ümumiyyətlə, "çərçivə"dən kənara gedib.

Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun yarımfinalında Venesuela - Kanada matçının qalibi ilə qarşılşacaq.

Son xəbərlər

Orphus sistemi