Argentina millisinin və "Real Madrid"in sabiq futbolçusu karyerasını başa vurub

Argentina millisinin və "Real Madrid"in sabiq futbolçusu karyerasını başa vurub Kambyasso UEFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılıb
Futbol
8 Sentyabr , 2017 13:47
Argentina millisinin və Real Madridin sabiq futbolçusu karyerasını başa vurub
Getty Images

Bakı. 8 sentyabr. REPORT.AZ/ Məşhur argentinalı futbolçu Esteban Kambyasso karyerasını başa vurub.

“Report” lanacion.com.ar saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi son iki mövsümdə formasını geyindiyi Yunanıstan “Olimpiakos”u ilə müqaviləsini uzatmamağa qərar verib.

UEFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılan argentinalı karyerasını bu istiqamətdə davam etdirəcək.

Qeyd edək ki, Argentina millisinin heyətində 52 oyuna 5 qol vuran Esteban Kambyasso karyerası ərzində vətənində “İndependyente”, “River Pleyt”, İspaniyanın “Real Madird”, İtaliyanın “İnter” və İngiltərənin “Lester” klublarında çıxış edib. O, Argentina, İspaniya və İtaliyada ölkə çempionu olub, “İnter”lə Çempionlar Liqasının qalibi adını qazanıb.

Son xəbərlər

Orphus sistemi