Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib

Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib ​Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib
Futbol
16 İyul , 2019 16:00
Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib

Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir.

“Report” xəbər verir ki, bu barədə “Times of India” nəşrinə Argentinanın ali idman məhkəmisinin üzvü Qustavo Abreu bildirib. Onun sözlərinə görə, əks halda, 32 yaşlı hücumçu 2 il müddətinə yığmada oynamaq hüququndan məhrum edilə bilər.

Qeyd edək ki, Messi Amerika Kubokunda həm kapitanı olduğu Argentinanın yarımfinalda Braziliyaya uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları korrupsiyada, hakimləri isə qərəzli idarəçilikdə ittiham edib. 

Son xəbərlər

Orphus sistemi