Bakı. 16 dekabr. REPORT.AZ/ Argentinanın "Xuventud de Perqamino" klubu azarkeşlərinin oyun vaxtı hakimləri döyməsi üçündən ağır cəzaya məruz qalıb. "Report"un məlumatına görə, klub istənilən yarışda iştirakdan 1 il müddətinə kənarlaşdırılıb və 22 min avro cərimələnib.
Eyni zamanda komandanın 2 məşqçisi 3 il, 2 oyunçu isə 2 il müddətinə diskvalifikasiya olunub.
Qeyd edək ki, "Xuventud de Perqamino"nun "İndependyente Çivilka" ilə görüşü zamanı 3 hakim bir qrup fanatın hücumuna məruz qalıb. Nəticədə onlar xəstəxanalıq olublar. Zərərçəkənlərdən birinin başına 10 tikiş atılıb.