Argentina Amerika Kubokunun yarımfinalına çıxıb - VİDEO

Argentina Amerika Kubokunun yarımfinalına çıxıb - VİDEO Rio-de-Janeyronun Marakana stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Argentina və Venesuela komandaları üz-üzə gəlib.
Futbol
202
29 İyun , 2019 01:17
Argentina Amerika Kubokunun yarımfinalına çıxıb - VİDEO

Rio-de-Janeyronun "Marakana" stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Argentina və Venesuela komandaları üz-üzə gəlib.

"Report" xəbər verir ki, qarşılaşma argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Argentina millisi bu qələbə sayəsində ½ finala çıxıb və burada Braziliya yığması ilə qarşılaşacaq. Venesuela turniri tərk edib.

İyunun 29-da digər yarımfinal cütü müəyyənləşəcək: Kolumbiya Çili ilə (Bakı vaxtı ilə 03:00-də), Uruqvay isə Peru ilə (23:00-da) qarşılaşacaq.

Amerika Kuboku. 1/4 final

Venesuela – Argentina - 0:2

Qollar: 0:1 – Martines – 10, 0:2 – Lo Çelso – 74

Son xəbərlər

Orphus sistemi