Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turanın XXVI turda "Göztepe" ilə oyunda iştirak etməməsinin səbəbi açıqlanıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl Fatih Terimlə fotosunu paylaşdığı üçün heyətdən kənarlaşdırılıb.
İstanbul təmsilçisinin baş məşqçisi Domenek Torren qarşılaşmadan sonra Turanın matçda iştirak etməməsi barədə danışıb: "22 oyunçumuz var və onlardan 3-ü kənarda qalmalıdır. Məşqləri hər gün izləyir, buna görə qərar veririk".
İspaniyalı mütəxəssis təcrübəli oyunçunun sabiq baş məşqçi Terimlə fotosunu yayılmasına da toxunub: "Arda istədiyi şəxslə şəkil çəkdirə və onu paylaşa bilər. Bu sualı mənə yox, futbolçuya verməlisiniz. Mövzu barədə fikir bildirmək istəmirəm".
Qeyd edək ki, "Qalatasaray" "Göztepe"ni 3:2 hesabı ilə yenib.