“Araz-Naxçıvan” “Neftçi” ilə oyunun hazırlığına itkilərlə başlayıb
Futbol
- 07 sentyabr, 2023
- 12:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçın hazırlığına itkilərlə başlayıb.
Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, üçgünlük istirahətin ardından Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqləri bərpa edən komanda 5 futbolçusundan məhrumdur.
Turan Manafov zədədən əziyyət çəkir. 25 yaşlı müdafiəçi V turda “Kəpəz”lə (2:1) keçirilən səfər qarşılaşmasında yüngül xəsarət alıb. Ondan başqa, Numan Kurdiç və İsmail Azzaui icazəlidirlərsə, Abdulla Rzayevlə Mirəli Əhmədov Azərbaycanın U-21 yığmasının düşərgəsindədirlər.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşması sentyabrın 16-da keçiriləcək.
Son xəbərlər
09:00
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
Komanda
08:58
Hindistanda sərnişin qatarı relsdən çıxıb
Digər ölkələr
08:52
"Reuters": ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb
Digər ölkələr
08:29
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Ekologiya
08:19
Bakının 15 istiqamətində yollarda tıxac müşahidə olunur
İnfrastruktur
08:13
Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
Digər ölkələr
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region