“Araz-Naxçıvan” mövsümün son ev oyunlarını Naxçıvanda keçirə bilər
Futbol
- 18 yanvar, 2024
- 10:28
“Araz-Naxçıvan” mövsümün son ev oyunlarını Naxçıvanda keçirə bilər.
Bu barədə “Report”a Premyer Liqa klubunun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Klub rəsmisi rəhbərliyin bunun üçün əlindən gələni etdiyini deyib: “Mövsümün sonuna qədər komandanın bəzi ev oyunlarını Naxçıvanda keçirməsinə çalışırıq. Ancaq bunun üçün Peşəkar Futbol Liqasının tələb etdiyi şərtlər yerinə yetirilməlidir”.
M.Məmmədov bildirib ki, hazırda sənədləşmə işləri gedir: “Bu proses yekunlaşdıqdan sonra stadionda təmir-bərpa işləri aparılacaq. Arenada işə başlamaq sənədləşmə prosesindən asılıdır. Bunun da nə vaxt yekunlaşacağı məlum deyil”.
Qeyd edək ki, bu mövsümdən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” ev oyunlarını “Dalğa Arena”da keçirir.
Son xəbərlər
18:11
Fransada ORION 2026 hərbi təlimləri başlayıb
Digər ölkələr18:02
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb
Fərdi17:58
Foto
Filippində "Basyanq" fırtınası 12 nəfərin ölümünə səbəb olub
Digər ölkələr17:55
Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib
Xarici siyasət17:55
Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol17:49
Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Hadisə17:42
"Şəki"nin baş məşqçisi: "Ən böyük çatışmazlıq ribaundları ala bilməməyimiz oldu"
Komanda17:34
İran parlamenti fevralın 9-da ABŞ ilə danışıqları müzakirə edəcək
Region17:16