"Araz-Naxçıvan"ın futzalçısı: "Rəqibi təzyiq altında saxladıq"

"Araz-Naxçıvan"ın futzalçısı: "Rəqibi təzyiq altında saxladıq" "Oyun gözlədiyimizdən daha çətin oldu. Bəlkə də bunu özümüz çətinləşdirdik. Çünki başlanğıc əla alınmışdı. Erkən qollar da vurduq. Ancaq oyunun gedişində bu üstünlüyümüzü bir müddət qoruya bilmədik və rəqib hesabı bərabərləşdirdi".
Futbol
30 Oktyabr , 2021 11:07
Araz-Naxçıvanın futzalçısı: Rəqibi təzyiq altında saxladıq

"Oyun gözlədiyimizdən daha çətin oldu. Bəlkə də bunu özümüz çətinləşdirdik. Çünki başlanğıc əla alınmışdı. Erkən qollar da vurduq. Ancaq oyunun gedişində bu üstünlüyümüzü bir müddət qoruya bilmədik və rəqib hesabı bərabərləşdirdi".

"Report"un məlumatına görə, bu fikirləri "Araz-Naxçıvan"ın futzalçısı Maneka Rumıniyanın "Yunayted Qalati" klubuna 5:3 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələ oyunu barədə danışarkən deyib.

O bildirib ki, ilk hissənin son saniyələrində qol vurmaq işlərinə yarayıb: "İkinci hissədə rəqibi daha çox təzyiq altında saxladıq, onlar səhvlər etməyə məcbur oldu. Əlbəttə, “Uraqan”la oyunun yorğunluğu da var idi. Əsas odur ki, qələbə qazandıq, bu oyun üçün qarşımıza qoyulmuş məqsədə nail olduq. Mən də qol vurdum və komandama kömək etdim. Həmin anda lazım olan mövqedə idim və şansımı qaçırmadım. Yenə fərqlənmək üçün imkan yarandı, təəssüf ki, istifadə edə bilmədim".

Qeyd edək ki, ilk görüşdə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun "Ligeni" komandasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi