“Araz-Naxçıvan”ın futbolçusu: Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim

“Araz-Naxçıvan”ın futbolçusu: Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim İstərdim ki, oyun sayına görə ən azı ilk “5-lik”də yer alım, çox oynayanlardan olum.
Futbol
17 Sentyabr , 2024 11:22
“Araz-Naxçıvan”ın futbolçusu: Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim
Urfan Abbasov

Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300 oyun keçirməsi ilə bağlı danışarkən deyib.

31 yaşlı müdafiəçi hədəfinin daha çox oyun keçirmək olduğunu söyləyib:

“Azərbaycan çempionatlarında bu qədər oyun keçirdiyim üçün sevinirəm. Azərbaycan çempionatlarında məndən çox meydana çıxan futbolçular var. Qismətdirsə, hədəfim daha çox oynamaqdır. Əsas odur ki, zədə olmasın”.

Qeyd edək ki, U.Abbasovun 300-cü matçı Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün VI turunda baş tutan "Kəpəz" klubu ilə oyuna təsadüf edib. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Təcrübəli müdafiəçi bu müddətdə 7 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi