"Araz-Naxçıvan"ın baş məşqçisi: "İlk oyunda uduzmaq yaxşı olmadı"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "İlk oyunda uduzmaq yaxşı olmadı" "Birinci hissədə çox pis oynadıq. Hər iki qolda ciddi səhvə yol verdik. Xüsusilə də birinci qol zamanı hansısa real vəziyyət yox idi".
Futbol
987
28 Oktyabr , 2021 22:50
Araz-Naxçıvanın baş məşqçisi: İlk oyunda uduzmaq yaxşı olmadı

"Birinci hissədə çox pis oynadıq. Hər iki qolda ciddi səhvə yol verdik. Xüsusilə də birinci qol zamanı hansısa real vəziyyət yox idi".

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva Ukraynanın "Uraqan" klubuna 1:2 hesabı ilə uduzduqları futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: "Amma heyətimizin kasad olması özünü göstərdi. Əvəzetmələr zamanı fərqli variantları həyata keçirmək imkanım məhdud idi. Ramiz Çovdarov hələ tam formada deyil, buna rəğmən kömək etməyə çalışdı. Paltardəyişmə otağında uşaqlara dediklərimi fasilədən sonra tətbiq edə bildilər. Biz ikinci hissədə “Uraqan”dan daha yaxşı oynadıq".

O, rəqibin yaxşı təşkilatlanmış komanda olduğunu söyləyib: "Heyət üzvləri gənc olsalar da, uzun müddətdir ki, bir yerdə çıxış edirlər. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər".

Alesionun sözlərinə görə, ilk oyunda uduzmaq yaxşı olmadı: "Lakin hələ mübarizə başa çatmayıb. Qarşıda iki oyunumuz var. “Uraqan” da bizim qədər oyun keçirəcək. Bu qarşılaşmalarda müəyyən sürprizlər qeydə alına bilər. Sabahkı oyunu düşünməli, sona qədər ümidimizi kəsməməli, mübarizəmizi davam etdirməliyik. Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq. Yenə deyirəm, kimsə yekun nəticəni indidən deyə bilməz".

Son xəbərlər

Orphus sistemi