"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çətin komandaya qarşı oynadığımızı bilirdik"

Futbol
  • 14 mart, 2025
  • 22:51
Araz-Naxçıvanın baş məşqçisi: Çətin komandaya qarşı oynadığımızı bilirdik

Çətin komandaya qarşı oynadığımızı bilirdik.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Şamaxı"ya qarşı Misli Premyer Liqasının XXVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Matçı iki hissəyə bölərdim. İlk yarıda biz yaxşı oynadıq, epizodlar yaratdıq, qol vurduq. Fasilədən sonra rəqib epizodlara girdi və hesabı bərabərləşdirdi. Bir xal qazandıq.

Millinin oyunları ilə əlaqədər yaranacaq fasilədən sonra heyətimizin tam komplektləşəcəyinə ümid edirəm. Təsəvvür edin, heyətimizin 7 nəfər üzvü zədə və cəza səbəbindən görüşdə iştirak etmirdi. Belədə rotasiya etmək, oyunu gücləndirmək çətin olur.

Millinin heyəti ilə bağlı şərh vermək istəmirəm. Bu baş məşqçinin seçimidir. Amma "Araz-Naxçıvan"da da milliyə dəvət olunacaq futbolçuların olduğunu düşünürəm".

Qeyd edək ki, XXVII turun görüşündə "Araz-Naxçıvan" doğma meydanda "Şamaxı" ilə bərabərə qalıb - 1:1.