"Araz-Naxçıvan" futbol klubunun yeni loqosu təqdim olunub

"Araz-Naxçıvan" futbol klubunun yeni loqosu təqdim olunub Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.
Futbol
17 İyul , 2023 09:58
Araz-Naxçıvan futbol klubunun yeni loqosu təqdim olunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.

Naxçıvan təmsilçisindən "Report"a verilən məlumata görə, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından olan Haça dağı, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.

Buraya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da əlavə edilib.

Son xəbərlər

Orphus sistemi