"Araz"ın baş məşqçisi: "Benfika" fərqli keyfiyyətlərə malik komandadır"

"Araz"ın baş məşqçisi: "Benfika" fərqli keyfiyyətlərə malik komandadır" Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı mübarizə apardıq. Çünki Halle Qooiklə matçdan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi.
Futbol
11 Oktyabr , 2019 12:45
Arazın baş məşqçisi: Benfika fərqli keyfiyyətlərə malik komandadır

"Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı mübarizə apardıq. Çünki "Halle Qooik"lə matçdan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi".

"Report" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirləri "Araz"ın baş məşqçisi Joze Alesio Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın "Benfika" kollektivinə uduzduqları (0:7) matç barədə danışarkən deyib. 

51 yaşlı mütəxəssis bildirib ki, sanki ikinci yarıda oyunçuların ayaqları işləmirdi:  "Beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini hədiyyə etdik. Bu da yorğunluğun, ardıcıl 2 matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir. "Benfika" isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür. İstənilən halda son matçda döyüşəcəyik". 

Qeyd edək ki, ilk görüşdə Belçikanın “Halle Qooik" komandasına uduzan "Araz" elit-raunda yüksəlmək şansını itirib. Buna turun son matçının nəticəsi səbəb olub. “Halle Qooik”ə 7:3 hesabı ilə qalib gələn Ukraynanın “Xerson” klubu qələbə sayəsində ilk “üçlük”də yerini təmin edib. Belçika və Ukrayna təmsilçiləri kimi “Benfika” (Portuqaliya) da elit-raunda vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi