Türkiyə 1-ci liqasında "Boluspor"la "Eskişehirspor" arasındakı XXXIV tur matçı başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bolu təmsilçisinin heyətində 90 dəqiqə meydanda olan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev dubl edib. O, 16 və 56-cı dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 42-yə çatdıran "Boluspor" 12-ci pillədəki yerini qoruyub. "Eskişehispor" isə 8 xalla sonuncudur.
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin "Boluspor" klubunda ilk qolunu vurub.
"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi 1-ci liqanın XXXIV turunda "Eskişehirspor"la matçın 16-cı dəqiqəsində fərqlənib.
Bu, Abdullayevin Bolu təmsilçisində ilk qoludur.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb. Araz Abdullayev 2020-ci il sentyabrın 15-də "Boluspor"a keçib.