Aqueronun karyerasını başa vuracağı dəqiqləşib

Aqueronun karyerasını başa vuracağı dəqiqləşib Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Serxio Aqueronun karyerasını başa vuracağı dəqiqləşib.
Futbol
21 Noyabr , 2021 15:48
Aqueronun karyerasını başa vuracağı dəqiqləşib

Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Serxio Aqueronun karyerasını başa vuracağı dəqiqləşib.

"Report"un məlumatına görə, bu barədə 33 yaşlı hücumçunun sabiq komanda yoldaşı Samir Nəsri "Canal+"a açıqlama verib.

Fransalı veteran yarımmüdafiəçinin sözlərinə görə, Aquero bununla bağlı onu məlumatlandırıb: "Serxio ilə yenicə əlaqə saxlamışam. Təəssüf ki, xəbər təsdiqləndi. Mən çox kədərlənirəm, çünki o, tanınmış oyunçu olmaqla yanaşı, həm də yaxşı oğlandır. Təəssüf ki, bu, Aqueronun seçimi deyil, məcburi atılan addımdır".

Nəsri və Aquero İngiltərənin "Mançester Siti" klubunda komanda yoldaşı olublar.

Qeyd edək ki, Serxio Aquero ürəyində yaranan problemə görə futbolla vidalaşmağa hazırlaşır.

Son xəbərlər

Orphus sistemi