"Apollon" rəsmisi: "Hələ Dabo ilə razılıq əldə olunmayıb"

"Apollon" rəsmisi: "Hələ Dabo ilə razılıq əldə olunmayıb" Mövsümün sonunda Neftçi ilə müqaviləsi başa çatacaq Baqali Dabo karyerasını Kiprin Apollon klubunda davam etdirə bilər.
Futbol
1 İyun , 2020 12:15
Apollon rəsmisi: Hələ Dabo ilə razılıq əldə olunmayıb

Mövsümün sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq Baqali Dabo karyerasını Kiprin "Apollon" klubunda davam etdirə bilər.

Bu barədə "Report"a Limasol təmsilçisinin Mətbuat katibi Fanuryos Konstantinu məlumat verib.

Klub rəsmisi fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib: "Dabo həqiqətən də bizim maraq dairəmizdə olan oyunçudur. Amma hələlik onunla razılıq əldə olunmayıb. Danışıqlar davam edir".

Kipr mətbuatı isə yazıb ki, 32 yaşlı hücumçu "Apollon"la 1+1 illik müqavilə şərtlərini artıq razılaşdırıb.

Qeyd edək ki, Baqali Dabo 2018-ci ilin yayından "Neftçi"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi