APL: “Neftçi” “Sabah”ı 1 qolla məğlub edib

APL: “Neftçi” “Sabah”ı 1 qolla məğlub edib Azərbaycan Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
Futbol
28 May , 2023 18:59
APL: “Neftçi” “Sabah”ı 1 qolla məğlub edib

Azərbaycan Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Sabah” “Bakcell Arena”da “Neftçi”nin qonağı olub.

Komandalar müvafiq olaraq gümüş və bürünc medalı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyıb. Matçda cəmi 1 qol qeydə alınıb. Kapitan Emin Mahmudovun 9-cu dəqiqədə vurduğu top “Neftçi”yə 1:0 hesablı qələbə qazandırıb.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı (3:0), “Səbail” “Şamaxı”nı (1:0) məğlub edib, “Qəbələ” ilə “Kəpəz” (1:1) bərabərə qalıblar. Mövsümə bu gün keçiriləcək “Qarabağ” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq.

15:59

Azərbaycan Premyer Liqasının XXXVI turunda keçiriləcək “Neftçi” – “Sabah” oyununun iştirak ərizəsi müəyyənləşib.

“Report”un məlumatına görə, komandalar matçın “11-lik”lərini açıqlayıblar.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Sabah”: 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 12. Yusif İmanov, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh, 19. Con İrasabal
Baş məşqçi: Murad Musayev

"Bakcell Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi