Antuan Qrizmann əfsanəvi futbolçunu geridə qoyub

Antuan Qrizmann əfsanəvi futbolçunu geridə qoyub Fransa millisinin futbolçusu Antuan Qrizmannın Qazaxıstanı 8:0 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda vurduğu qol onun üçün əlamətdar olub.
Futbol
415
14 Noyabr , 2021 09:51
Antuan Qrizmann əfsanəvi futbolçunu geridə qoyub

Fransa millisinin futbolçusu Antuan Qrizmannın Qazaxıstanı 8:0 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda vurduğu qol onun üçün əlamətdar olub.

"Report" xəbər verir ki, yığmadakı qollarının sayını 42-yə çatdıran 30 yaşlı yarımmüdafiəçi bombardirlər siyahısında əfsanəvi hücumçu Mişel Platinini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.

Təcrübəli oyunçu bu göstəriciyə görə yalnız Tyerri Anri (51 qol) və Olivye Jirudan (46 qol) geri qalır.

Qeyd edək ki, Fransa millisi 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi