Roman Abramoviç "Çelsi"nin yeni baş məşqçisini açıqlayıb
Futbol
- 03 mart, 2016
- 11:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə İtaliya millisinin baş məşqçisi Antonio Konte yeni mövsümdən İngiltərənin "Çelsi" komandasına rəhbərlik edəcək. "Report"un məlumatına görə, bu barədə "zadəganlar"ın sahibi Roman Abramoviç məşq zamanı futbolçularla görüşündə deyib.
Rusiyalı iş adamı bildirib ki, A.Konte yayda London komandasının sükanı arxasına keçəcək: "Qus Hiddink hazırda öz işini yaxşı görsə də, komandanı tərk edəcək. Artıq italiyalı mütəxəssislə müqavilə imzalamışam".
Qeyd edək ki, Qus Hiddink ötən ilin sonlarında "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyonu əvəzləyib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu pillədədir.
Son xəbərlər
10:36
Cibuti və Şri-Lankada "ASAN xidmət" modelinin tətbiqinə dair anlaşma memorandumları imzalanıb
Xarici siyasət
10:36
Li Tszyunxua: Azərbaycan dövlət xidmətlərinin inkişafına əhəmiyyətli töhfə verib
Xarici siyasət
10:35
Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
Xarici siyasət
10:34
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
10:33
İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Daxili siyasət
10:32
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
Fərdi
10:30
Samvel Karapetyan bir ay müddətinə istintaq təcridxanasına göndəriləcək
Region
10:30
Tahir Rzayev: "Su bioresurslarının qorunub saxlanılmasına diqqət artırılmalıdır"
ASK
10:28
Nazir: "Balıqçılıq və akvakultura ərzaq təhlükəsizliyinə böyük töhfə verir"
ASK