Andrey Acius Azərbaycanla oyunda Malta yığmasındakı karyerasını bitirib

Andrey Acius Azərbaycanla oyunda Malta yığmasındakı karyerasını bitirib Malta millisinin futbolçusu Andrey Acius komanda sonuncu görüşünü keçirib.
Futbol
25 Mart , 2022 22:48
Andrey Acius Azərbaycanla oyunda Malta yığmasındakı karyerasını bitirib

Malta millisinin futbolçusu Andrey Acius komandada sonuncu görüşünü keçirib.

"Report"un məlumatına görə, 36 yaşlı müdafiəçi Azərbaycana qarşı yoldaşlıq oyununda yığma ilə vidalaşıb.

42-ci dəqiqədə əvəzlənən kapitanın yerinə meydana Zak Muskat daxil olub.

Qeyd edək ki, hələlik qarşılaşmada hesab açılmayıb. Malta Futbol Assosiasiyasının prezidenti Bjorn Vassallo görüşdən əvvəl kapitana xatirə hədiyyə təqdim edib. Azərbaycanla matç təcrübəli oyunçunun yığmada 103-cü görüşü olub.

Son xəbərlər

Orphus sistemi