Andres İnyesta Danimarka klubunu alıb
Futbol
- 14 noyabr, 2024
- 12:04
İspaniya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Andres İnyestanın "Never Say Never" (NSN) şirkəti Danimarkanın "Helsinger" klubunu alıb.
"Report" xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli "Sport TV2"yə açıqlamasında bildirib.
O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.
2005-ci ildə yaranan "Helsinger" klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan "Helsinger" stadionunda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.
Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Emireyts"in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.
Son xəbərlər
16:35
AIIF 2026-da sənaye platformaları və azad iqtisadi zonalar haqqında panel sessiya olub
Sənaye16:31
XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır
Energetika16:26
Kimi Antonelli "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib
Formula 116:26
Foto
Azərbaycan və "Carlsberg Group" pivə sənayesində tənzimləməni müzakirə edib
Biznes16:25
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
Region16:24
Kallas: Aİ ölkələri Avropa Sülh Fondundan Ukraynaya 6,6 mlrd avro ayrılmasını razılaşdırıb
Digər ölkələr16:21
Haluk Kayabaşı: "Azərbaycan-Türkiyə birgə sənaye potensialının yaradılması vacibdir"
Biznes16:18
Ceyson Ris: "Azərbaycanda rəqəmsallaşmanın tətbiqi yüksək səviyyədədir"
İKT16:16