Andres İnyesta Yaponiya çempionatında ilk qolunu vurub - VİDEO

Andres İnyesta Yaponiya çempionatında ilk qolunu vurub - VİDEO Bakı. 11 avqust. REPORT.AZ/ İspaniya yığmasının sabiq futbolçusu Andres İnyesta Yaponiyanın Vissel Kobe klubunda ilk qolunu vurub.
Futbol
11 Avqust , 2018 17:07
Andres İnyesta Yaponiya çempionatında ilk qolunu vurub  - VİDEO

Bakı. 11 avqust. REPORT.AZ/ İspaniya yığmasının sabiq futbolçusu Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubunda ilk qolunu vurub. 

"Report" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Yaponiya Liqasının 21-ci turunda "Cubilo İvata" ilə matçın 16-cı dəqiqəsində fərqlənib. Təcrübəli oyunçu alman futbolçu Lukas Podolskinin ötürməsindən sonra müdafiəçi və qapıçını keçərək topu boş qapıdan keçirib. 

Qeyd edək ki, qarşılaşma "Vissel Kobe"nin 2:1 hesablı qəbələsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi