Andres İnyesta "Barselona"nı tərk etmək istəyir

Andres İnyesta "Barselona"nı tərk etmək istəyir Kapitan ona yeni müqavilənin təklif olunmamasını səbəb göstərib
Futbol
21 Avqust , 2017 11:35
Andres İnyesta Barselonanı tərk etmək istəyir

Bakı. 21 avqust. REPORT.AZ/ İspaniya milli komandasının futbolçusu Andres İnyesta mövsümün sonunda "Barselona" klubunu tərk edə bilər. 

"Report"un məlumatına görə, bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü "El Pais"ə açıqlamasında bildirib.

Kapitan son zamanlar əvvəllər üzləşmədiyi hallarla qarşılaşmalı olub: "Hələ də klubumla müqaviləmi uzatmamışam. Mənə tanış olmayan hissləri keçirirəm. Amma fikrimcə, bu, normaldır. İndiki ssenarini 3 il əvvəl təsəvvür belə edə bilməzdim. Artıq "Barsa"dan getməyi planlaşdırıram. Amma əvvəllər bunu etməzdim".

Qeyd edək ki, Andres İnyestanın hazırkı müqaviləsi 2018-ci yayınadək qüvvədədir. 

Son xəbərlər

Orphus sistemi